Dilim-dilim olasan, dilim – İbrahimoviç cəzalandı
Bizi izləyin

İdman

Dilim-dilim olasan, dilim – İbrahimoviç cəzalandı

PSJ-nin hücumçusu Zlatan İbrahimoviçə ağır cəza verilib.

Publika.az xəbər verir ki, isveçli futbolçu 4 oyunluq cəzaya məruz qalıb. O, hakimi təhqir etdiyinə görə, belə cəzaya layiq görülüb. Olay Fransa çempionatının 29-cu turunda, səfərdə keçirilən “Bordo” ilə oyunda baş vermişdi.

Həmin oyundan sonra İbrahimoviç “Fransa PSJ-yə layiq deyil” ifadəsini də işlətmiş və böyük təzyiqlə üzləşmişdi.

Cari mövsümdə isveçli futbolçu Fransa çempionatında 22 oyun keçirib, 17 qol vurub, 3 qol ötürməsi edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm