Məğlubiyyəti həzm etmədi, mühafizəçiyə kəllə atdı – VİDEO
Bizi izləyin

İdman

Məğlubiyyəti həzm etmədi, mühafizəçiyə kəllə atdı – VİDEO

Almaniya kubokunun 1/4 final mərəhələsində baş tutan “Bayer” – “Bavariya” matçında (0:0, p-3:5) insident yaşanıb. Penalti seriyasında uğursuz olan leverkuzenli futbolçular məğlubiyyəti həzm edə bilməyib.

Publika.az xəbər verir ki, oyundan sonra meydanın kənarında futbolçularla mühafizə işçiləri arasında dava-dalaş düşüb. Mətbuata sızan görüntülərdə “Bayer”in müdafiəçisi Emir Spahiçin asayiş keşikçilərinə müqavimət göstərdiyi görünür. Spahiçin kəllə atdığı mühafizəçinin məhkəməyə müraciət etdiyi bildirilir.

34 yaşlı bosniyalı futbolçunun bu hərəkətinə görə klub rəhbərliyi və Almaniya Futbol İttifaqı tərəfindən də cəzalandırılacağı gözlənilir. O, komandanın heyətində cari mövsümdə ən yaxşı formada olan futbolçu sayılır. 36 rəsmi oyunda meydana çıxan Spahiç 1 qol da vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm