Silahlı hücuma məruz qalanlar yemək süfrəsi arxasında görüşdü...
Bizi izləyin

İdman

Silahlı hücuma məruz qalanlar yemək süfrəsi arxasında görüşdü...

"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım, idarə heyəti, komandanın texniki işçiləri və futbolçular birlikdə yemək yeyiblər.

Publika.az xəbər verir ki, ziyafətdə komandanın kapitanı Əmrə Belözoğlu avtobuslarına edilən silahlı hücum səbəbiylə əhvali-ruhiyyələrinin bir az pozulduğunu deyib:

“Təəssüf ki, komandamızda əhvali-ruhiyyə pozulub. Hər kəsin bunu bilməsini istəyirəm. Qonaqlığı təşkil edən hörmətli prezidentimizə təşəkkür edirəm. Bizim əhvalımızı bir az da olsa, düzəldər deyə ümid edirəm. Onsuz da bu cür ziyafətlər bizdə çox olur. Meydandan kənarda vaxtımızı birlikdə keçirməyə çalışırıq. Bu da komandanın əhvalına müsbət təsir göstərir. Psixoloji gərginliyi aradan qaldırmaq üçün bu ziyafətin əhəmiyəti böyükdür”.

"Fənərbaxça"nın holland futbolçusu Dirk Kuyt isə bu yeməyin hər zaman birlikdə olduqlarını göstərmək baxımından önəmli olduğunu vurğulayıb:

“Burada olanlar yalnız oyunçular deyil. Eyni zamanda məşqçilərimiz də buradadır. Prezidentimiz və idarə heyəti də buradadır. Belə tədbirlər təşkil etmək hər zaman gözəldir. Həftəsonu baş verən məlum olay həqiqətən də qorxulu idi. Bunun yalnız "Fənərbaxça" üçün bərbad bir vəziyyət olduğunu düşünmürəm. Eyni zamanda bütün Türkiyə futbolu sarsıldı. Təxminən 3 ildir buradayam. Bu ölkəyə gəldiyim ilk gündən bəri futbolun insanlar üçün nə anlama gəldiyini bilirəm. Düşünürəm ki, bizim bu gün komanda halında göstərdiyimiz birliyin eynisini futbolu sevən hər kəs göstərməlidir. Çünki belə kədərli hadisələrə qarşı döyüşmənin tək yolu budur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm