Azərbaycan çempionatında 11000 qol vurulub
Bizi izləyin

İdman

Azərbaycan çempionatında 11000 qol vurulub

Azərbaycan Premyer Liqasının 29-cu turunun "Qəbələ" - "Simurq" oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub.

Publika.az xəbər verir ki, ev sahibi komandanın oyunçusu Ruslan Abışovun vurduğu qol ölkə futbolu üçün 11000-ci olub.

Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10720, 29-cu turdan əvvəl isə 10992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci qolu yubiley xarakteri daşıyıb.

Ölkə çempionatlarında 10000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Premyer Liqanın 2012/13 mövsümünün 14-cü turunun "Bakı" - "Neftçi" oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10000-ci qol olmuşdu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm