
Fransa liqa kubokunun yeni qalibi məlum olub.
Publika.az xəbər verir ki, həlledici görüşdə "Bastiya" və PSJ üz-üzə gəlib.
Oyun PSJ-nin rəqibini darmadağın etməsiylə yadda qalıb. İbrahimoviç və Kavaninin dublu sayəsində 4:0 hesabı ilə qalib gələn Paris təmsilçisi kuboka sahib çıxıb.
Fransa liqa kuboku, final
Bastiya - PSJ 0:4
İbrahimoviç, 21-pen; 41. Kavani, 80; 90+2.
Qırmızı vərəqə: Skilaççi, 20 (Bastiya).