AFFA-da toplantı – Avropa çempionatı müzakirə olundu
Bizi izləyin

İdman

AFFA-da toplantı – Avropa çempionatı müzakirə olundu

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib.

Publika.az xəbər verir ki, görüşdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat, həmçinin U-17 yığmamızın gələn il keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2016-cı ildə Azərbaycanda keçiriləcək və U-17 yığmamız təşkilatçı ölkənin təmsilçisi olaraq final mərhələsində iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm