Dunqanın yerinə göz dikən məşhur braziliyalı
Bizi izləyin

İdman

Dunqanın yerinə göz dikən məşhur braziliyalı

Braziliya millisinin və “Real”ın keçmiş müdafiəçisi Roberto Karlos gələcək planlarından danışıb.

Publika.az xəbər verir ki, Karlos Braziliya millisinin baş məşqçisi işləmək istədiyini etiraf edib. O, bu postu tutmaq üçün özündə potensial gördüyünü də bildirib:

“Mənim məqsədim var: Braziliya millisinə rəhbərlik etmək istəyirəm. Amma onu da başa düşürəm ki, bu məqsədə çatmaq üçün xeyli iş görməliyəm. Ona görə də, vaxt barədə danışmaq istəmirəm. Millidə sərasər 14 il oynamışam, bir çox titullar qazanmışam. Braziliyanın yeni nəsil futbolçularına qalib ruhunu aşılamaq istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm