"Qarabağ" və "Neftçi" qalib gəldi
Bizi izləyin

İdman

"Qarabağ" və "Neftçi" qalib gəldi

Aprelin 13-də Azərbaycan kubokunun yarımfinal mərhələsinə start verilib.

Publika.az-ın məlumatına görə, finala vəsiqə qazanmaq uğrunda dörd komanda mübarizə aparıb.

İlk görüşdə “Qarabağ” “Simurq”u qəbul edib. Çətinliklə də olsa Ağdam təmsilçiləri fərqlənə bilib - 1:0.

“Bakcell Arena”da isə “Neftçi” “İnter”i sınağa çəkib - 2:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal

13 aprel

18:00. “Qarabağ” – “Simurq” 1:0

Qol: Cavid Tağıyev,15

“İnter Arena”

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov

19:00. “Neftçi” – “İnter” 2:0

Qol: N.Kanales,20,71

“Bakcell Arena”

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm