Çingiz Abdullayev Kramarenkonu "Neftçi"yə gətirir
Bizi izləyin

İdman

Çingiz Abdullayev Kramarenkonu "Neftçi"yə gətirir

Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun yeni iş yeri müəyyənləşib.

Publika.az xəbər verir ki, Kramarenko "Neftçi"də çalışacaq.

41 yaşlı mütəxəssis "Ağ-qaralar"ın qapıçılarla iş üzrə məşqçisi kimi fəaliyyət göstərəcək. O, yeni vəzifədə Pavel Doroşevsi əvəzləyəcək. İyunun 1-də latviyalı məşqçinin klubla müqavilə müddəti başa çatdıqdan sonra sabiq qapıçı vəzifəsinin icrasına başlayacaq.

Kramarenkonun özü açıqlamasında xəbəri nə təsdiq, nə də ki, təkzib edib. O, "Neftçi"dən hələ rəsmi təklif almadığını bildirib. Keçmiş qapıçı hazırda atası Sergey Kramarenkonun adına qapıçılar məktəbi açmaq istədiyini və bu məqsədlə sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyini söyləyib.

Dmitri Kramarenko karyerası ərzində Azərbaycanda "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter", "Simurq" klublarının qapısını qoruyub. Məşqçi kimi isə onun son iş yeri "Qəbələ" olub. Roman Qriqorçukun baş məşqçi təyinatından sonra Kramarenkonun "qırmızı-qaralar"la yolları ayrılıb. (report.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm