Bir tərəfdə təkrar final, bir tərəfdə “sinyora - knyaz” dueli
Bizi izləyin

İdman

Bir tərəfdə təkrar final, bir tərəfdə “sinyora - knyaz” dueli

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, mərhələnin ilk oyun günündə keçən ilin finalçıları - "Real" və "Atletiko" qarşılaşacaq. Günün digər oyununda isə "Yuventus" "Monako"nu qəbul edəcək.

Kimin qisas hissi güclü olacaq?

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

23:45 Real (İspaniya) - Atletiko (İspaniya)

Stadion: "Visente Kalderon".

Baş hakim: Milorad Majiç (Serbiya).

TV: AzTV, NTV, NTV-Plyus futbol 1.

Zədəli: Raul Qarsiya (şübhəli) - Fabio Koentrao (şübhəli), Kxedira (şübhəli).

Cəzalı: Yoxdu.

Yadınızdadırsa, bir neçə il əvvəl futbolsevərlər mövsüm ərzində 7-8 “El-Klasiko” izləyirdi. İndi bu tendensiya Madrid derbisiylə əvəz olunub. Təxminən 1 il əvvəl Çempionlar Liqasının finalında “Atletiko” “Real”a dramatik şəkildə məğlub olaraq, kubokdan əlini üzmüşdü. Aydın məsələdir ki, Dieqo Simeone yetirmələrini qisas hissiylə motivasiya edəcək. Bəs “Real”? Onların qisas hissi yoxdur? Ümumiyyətlə, cari mövsümdə iki çempionat və 2 kubok oyunundan heç birində “Real” qalib gəlməyib.

Uzun sözün qısası "Kral klubu" Çempionlar Liqasının finalından sonra Dieqo Simeonenin yetirmələriylə oyunlarda qələbəyə həsrətdir. Qələbə qazanmaq bir yana, Karlo Ançelottinin yetirmələri bu oyunlarda öz qapısında nə az, nə çox, düz 12 top görüb. Ölkə çempionatında isə "Real"ın vəziyyəti "Atletiko"ya nisbətən daha yaxşıdır. Belə ki, "Kral klubu" lider "Barselona"dan cəmi iki xal geri qalırsa, "Atletiko"nu birinci pillədən 9 xal ayırır.

"Real"ın ÇL-dəki çıxışı

Qrup mərhələsi

Real - Bazel 5:1

Ludoqorets - Real 1:2

Liverpul - Real 0:3

Real - Liverpul 1:0

Bazel - Real 0:1

Real - Ludoqorets 4:0

1/8 final

Şalke - Real 0:2

Real - Şalke 3:4

"Atletiko"nun ÇL-dəki çıxışı

Qrup mərhələsi

Olimpiakos - Atletiko 3:2

Atletiko - Yuventus 1:0

Atletiko - Malmö 5:0

Malmö - Atletiko 0:2

Atletiko - Olimpiakos 4:0

Yuventus - Atletiko 0:0

1/8 final

Bayer L - Atletiko 1:0

Atletiko - Bayer L 1:0, p-3:2

"Yuventus" favoritdir

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

23:45 Yuventus (İtaliya) – Monako (Fransa)

Stadion: "Yuventus".

Baş hakim: Pavel Kralovets (Çexiya).

TV: İdman Azərbaycan, SmartSpor

Zədəli: Poqba, Pirlo (şübhəli), Bartsalyi (şübhəli) - Traore, Tulalan, Karvalyo (şübhəli).

Cəzalı: Yoxdu.

Hər iki komanda 1/8 finalda heç də zəif komandalarla qarşılaşmayıb. "Yuventus" iki il öncə Çempionlar Liqasının kubokunun bir addımlığında dayanan Dortmund "Borussiya"sını, "Monako" isə Avropa nəhənglərindən "Arsenal"ı mübarizədən kənarlaşdırıb. Bu klubların ölkə çempionatlarında vəziyyətləri fərqlidir. "Qoca sinyora" İtaliya A seriyasında çempionluğunu qeyd etmək üçün gün sayırsa, "Monako" Liqa 1-də gələn il də Avropanın ən mötəbər klub turnirində görünmək üçün çabalayır.

Bu komandalar 17 il əvvəl də Çempionlar Liqasında üz-üzə gəlib. Həmin vaxt iki qarşılaşmanın nəticəsinə görə (4:1, 2:3) İtaliya təmsilçisi qalib gəlmişdi.

"Yuventus"un ÇL-dəki çıxışı

Qrup mərhələsi

Yuventus - Malmö 2:0

Atletiko - Yuventus 1:0

Olimpiakos - Yuventus 1:0

Yuventus - Olimpiakos 3:2

Malmö - Yuventus 0:2

Yuventus - Atletiko 0:0

1/8 final

Yuventus - Borussiya D 2:1

Borussiya D - Yuventus 0:3

"Monako"nun ÇL-dəki çıxışı

Qrup mərhələsi

Monako - Bayer L 1:0

Zeniit - Monako 0:0

Monako - Benfika 0:0

Benfika - Monako 1:0

Bayer L - Monako 0:1

Monako - Zenit 2:0

1/8 final

Arsenal - Monako 1:3

Monako - Arsenal 0:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm