Futbolda növbəti dişləmə hadisəsi – Bu dəfə Çempionlar Liqasında – VİDEO
Bizi izləyin

İdman

Futbolda növbəti dişləmə hadisəsi – Bu dəfə Çempionlar Liqasında – VİDEO

Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Atletiko" - "Real" oyununda insident yaşanıb.

Publika.az xəbər verir ki, insident "Real"ın müdafiəçisi Daniel Karvahalla "Atletiko"nun hücumçusu Mario Mançukiç arasında baş verib. Epizodların birində Karvahal Mançukiçin qolunu dişləyib. Bu epizod hakimin diqqətindən yayınıb.

Ancaq oyundan sonra videogörüntülər yayılıb və olay geniş müzakirəyə səbəb olub. Vəziyyətin gərginləşdiyini görən Karvahal "tvitter"də məsələyə münasibət bildirib. O, Mançukiçi dişləmədiyini deyib:

"Oyundan sonra məni kimisə dişləməkdə ittiham edirlər. İcazə verin aydınlaşdırım, mən heç kimi dişləməmişəm. Heç buna cəhd də etməmişəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm