Klublar Komitəsindən yeni təklif – 3 legioner...
Bizi izləyin

İdman

Klublar Komitəsindən yeni təklif – 3 legioner...

Klublar Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasında çıxış edən legionerlərə görə ödənilən rüsumların məbləği müzakirə olunub.

Publika.az xəbər verir ki, komitənin sədri Tuyqun Nadirov bu barədə danışıb:

"Bu gün çoxlu məsələlər müzakirə olundu. Legionerlərə görə ödənilən məbləğlərlə bağlı müzakirələr apardıq. Legioner futbolçu ölkəsinin yığmasına dəvət olunmursa və Premyer Liqada oynayırsa, ilk mövsümündə ona görə 20000 manat ödənilməlidir. Biz üç legionerin iştirak ərizəsinə pulsuz daxil edilməsini istəyirik. 21 və 23 yaş arası legionerlərə görə isə ümumiyyətlə ödəniş nəzərdə tutulmamalıdır. Yaşla bağlı bir qədər də dəqiqləşdirmə aparacağıq. Müzakirələrdə əsas məqsəd o idi ki, klubların xərcləri azaldılsın, gəlirləri artsın".

Nadirov bildirib ki, növbəti iclaslarda rüsumla bağlı başqa məsələlər də müzakirə olunacaq.

Hazırki qaydalara görə, legioner üçün birinci il 20, həmin oyunçu eyni klubda qalarsa, ikinci il 10, növbəti illərdə isə 5 min manat ödənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm