İdman
Vitse-prezidentdən sərt reaksiya: “Uzunca bizdən 10500 manat istədi”
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov komandanın türkiyəli baş məşqçisi İbrahim Uzunca ilə aralarında yaşanan problemdən danışıb.
Publika.az xəbər verir ki, klub rəsmisi baş məşqçinin onlardan əlavə pul istədiyini bildirib:
"Dolların qiyməti qalxanda Uzunca bizdən əlavə pul istədi. Əvvəl maaşı 8500 manat idi. Sonra 10500 manat tələb etdi. Mən də buna etirazımı bildirdim. Futbolçu 500 alır, baş məşqçi isə 8500... Uzunca sonradan o pulu klubun prezidenti Hafiz Məmmədovdan aldı. Onun köməkçisi C kateqoriyalı məşqçidir, 2500 manat məvacib alır".
Seyidov 2020-ci ildəki Avropa çempionatının final mərhələsinin bəzi oyunlarının Bakıda keçirilməsi haqda qərarda "Bakı"nın bazalarının böyük rol oynadığını bildirib. O, deyib ki, "Bakı"nın bazasını saxlamaq çox çətindir:
"Bazanı saxlamaq çox çətindir. Ümumi illik xərc 800 min manatdır. Buna görə də bizə güzəştlər olunmalıdır. Aşağı liqaya düşsək də, oynayacağıq. "Baki"nın futbolçuları Premyer Liqa matçlarına çıxmaq istəməsələr, mövsümü 19 yaşlılarla başa vuracağıq".
Uzunca bir müddət əvvəl mətbuata verdiyi açıqlamalarda Seyidovdan şikayətlənmişdi. O bildirmişdi ki, vitse-prezident ona işləməyə imkan vermir.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO