İdman gimnastikası üzrə Avropa Çempionatı
Bizi izləyin

İdman

İdman gimnastikası üzrə Avropa Çempionatı

Dünya idman gimnastikası nümayəndələrinin diqqəti Fransanın Monpelye şəhərində keçirilən Avropa Çempionatına yönəlib. Yarışlar 15-19 aprel tarixlərində “Park&Suites” Arenasında baş tutacaq. Bu, ilin ilk əsas qitələrarası çempionatı hesab olunur.

Publika.az xəbər verir ki, Avropa Çempionatında idman dünyasının ən güclü qadın gimnastları iştirak etməyəcək. Rusiyalı Aliya Mustafina və rumıniyalı Larisa İordaçe yarışa qatılmayıblar – bu o deməkdir ki, dünya idman ictimaiyyəti 2013-cü ildən bəri Avropanın çoxnövçülük üzrə qızıl və gümüş medal sahiblərinin “mübarizəsini” görə bilməyəcək.

Hələ də qadın gimnastların yarışdığı çempionatda Mustafinanın yolunu tutub irəliyə doğru addımlayan həm istedadlı gənc, həm də veteran idmançılar mövcuddur.

İtaliyalı Vanessa Ferrari çöxnövçülük üzrə rus olmayan ən son qələbə qazanmış idmançıdır və o, 2007-ci ildə qazandığı mükafatların cərgəsinə daha bir mükafat qatmaq niyyətindədir. Vaness Ferrari, Olimpiya yarışında komanda yoldaşı Erika Fasana ilə, rusiyalı Maria Xarenkova, isveçrəli Culia Steynqruber və rumıniyalı veteran idmançı Diana Bulimar ilə mübarizə aparacaq.

Çoxnövçülük üzrə yarışlarda həmçinin Böyük Britaniyadan olan Elli Dauni və Emi Tinkler, hollandiyalı Eytora Torsdottir və rumıniyalı Andrea İridon iştirak edəcəklər. Hal-hazırda, Xarenkova və Fasana bu mövsümdə çoxnövçülük üzrə ilk iki yeri tutur. Lakin Xarenkova qızıl medal sahibi olan rusiyalı Avropa çempionları Kseniya Semyonova (2009), Anna Dementyeva (2011) və Mustafinanın güclü təzyiqləri ilə qarşılaşa bilər.

Bu arada qeyd olunmalıdır ki, Fasana Amerika Kubokunda bir çox elit idmançını məğlub edərək üçüncü yeri qazanmışdı.

Kişi gimnastlardan, Avropa Çempionu rusiyalı David Belyavskiy öz titulunu qoruyub saxlamağa çalışacaq. Onun əzəli rəqibləri ukraynalı Oleq Verniayev və 2014-cü ildə Dünya Çempionatında gümüş medal qazanmış Böyük Britaniyalı Maks Vitlok hesab olunur. Digər rəqiblər isə rusiyalı Nikolay Kuksenkov, böyük britaniyalı Sem Oldham və Fransa milli çempionu Aksel Ogisdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm