İtalyanları necə qarşılayacaqlar?
Bizi izləyin

İdman

İtalyanları necə qarşılayacaqlar?

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, 6 ölkədən 8 komanda növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

İtaliya təmsilçilərindən "Fiorentina" və "Napoli" səfər matçlarına çıxacaq. “Bənövşəyilər” Kiyevdə "Dinamo"nun qonağı olacaq. Neapollular isə “Volfsburq”la qarşılaşacaq.

Qrup mərhələsində “Qarabağ”ın rəqibi olan "Dnepr" Belçikaya yollanacaq. Ötən mərhələdə Türkiyə "Beşiktaş"ını mübarizədən kənarlaşdırmış "Brügge" bu dəfə “Dnepr”I sınağa çəkəcək.

Avroliqanın son qalibi - İspaniya "Sevilya"sı Rusiya "Zenit"ini qəbul edəcək. Rusiya klubunun heyətində iki aparıcı futbolçu – Halkla Danninin olmaması ispanların işini asanlaşdıra bilər.

Avropa Liqası. 1/4 final, ilk oyunlar

00:05. "Brügge" (Belçika) - "Dnepr" (Ukrayna)

00:05. "Sevilya" (İspaniya) - "Zenit" (Rusiya)

00:05. "Volfsburq" (Almaniya) - "Napoli" (İtaliya)

00:05. "Dinamo" (Kiyev, Ukrayna) - "Fiorentina" (İtaliya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm