Bu da yubiley hədiyyəsi - "Bitməyən matç"
Bizi izləyin

İdman

Bu da yubiley hədiyyəsi - "Bitməyən matç"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində futbol ab-havası var.

Publika.az xəbər verir ki, mərkəzdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanova həsr olunmuş “Bitməyən matç” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə AFFA və "Neftçi" rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və futbol ictimaiyyətinin digər nümayəndələri qatılıblar. Kitabın müəllifi olan Varis müsahibələrinin birində onda "Hansı futbolçudan kitab yazarsan?" sualına düşünmədən Nazim Süleymanov cavabını verdiyini bildirib. Kitabın tərtibatçısı isə Əziz Rəhmanovdur.

Kitab Süleymanovun 50 illik yubileyi münasibəti ilə işıq üzü görüb. Səhifələrdə müxtəlif futbol ictimaiyyətinin, xaricdə yaşayan futbol adamları və mütəxəssisin müshaibəsi yer alıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm