Bakı 2015: Latviya çempionu Avropa Oyunlarına vəsiqə qazanıb
Bizi izləyin

İdman

Bakı 2015: Latviya çempionu Avropa Oyunlarına vəsiqə qazanıb

Latviyalı Reinis Krauklis Bakı 2015 Avropa Oyunlarında Badminton üzrə kişilərin təkbətək yarışına vəsiqə əldə edib.

Publika.az xəbər verir ki, 20 yaşlı Krauklisə Bakı 2015 Avropa Oyunları üçün 3 vəsiqədən biri təqdim edilib.

Kişilərin təkbətək yarışı üzrə reytinq cədvəlində 762-ci yeri tutan Krauklis son 12 ay ərzində iki reytinqli turnirdə - 2014-cü ildə keçirilmiş Beynəlxalq Yoneks Litva və Beynəlxalq Yoneks Riqa turnirlərində - iştirak edib.

Bu il Krauklis komanda yoldaşı Kristina Sefere ilə birlikdə qarışıq cütlüklər üzrə Latviya Çempionatının qalibi olublar.

Latviya Badminton Federasiyası tərəfindən Sefere və İeva Popun Bakı 2015 Avropa Oyunlarında qadın cütlüklərindən ibarət komandaya təyin edilməsindən sonra Krauklis bu Oyunlarda iştirak edəcəyini elan edib. Qadınların təkbətək yarışında da Latviyanı Sefere təmsil edəcək.

“Latviyanın beş badminton növündən üçündə təmsil edilməsi Latviya badmintonu üçün böyük uğurdur” – deyə Latviya Badminton Federasiyasının prezidenti Mareks Qruskeviks bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm