Bakı 2015: Avropa Oyunları ispan hakimin arzusunu reallaşdıracaq
Bizi izləyin

İdman

Bakı 2015: Avropa Oyunları ispan hakimin arzusunu reallaşdıracaq

İspaniyalı hakim Ruben Eiriz Mata Avropa Oyunlarında arzusuna çatmaq niyyətindədir.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hal-hazırda İspaniyanın ikinci bölməsində fəaliyyət göstərən 36 yaşlı la-korunyalı hakim Bakı 2015 Avropa Oyunlarında hakimlik etmək üçün təyin olunub.

Eiriz Mata çimərlik futbolu üzrə sonuncu dörd Dünya Çempionatında (Rio 2007, Dubay 2009, İtaliya 2011 və Taiti 2013) hakimlik edib. O, eyni zamanda, iki final oyununun hakimi də olub.

Eiriz Mata “Bakı 2015”-ə təyinatı barədə belə deyib: "Mən arzuma çatacağam. Bütün qitələrdə keçirilmiş beynəlxalq yarışlarda hakimlik etmişəm, lakin Olimpiya yarışlarında hakim olmamışam".

Eiriz Mata hakimlik fəaliyyətinə 1993-cü ildə başlayıb və 2006-cı ildə beynəlxalq hakim statusunu əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm