Bakı 2015: Ermənistanın şərti rədd edildi
Bizi izləyin

İdman

Bakı 2015: Ermənistanın şərti rədd edildi

Ermənistan nümayəndə heyəti Bakı 2015 I Avropa Oyunları zamanı Atletlər Kəndində qalmaq istəməyib.

Publika.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, Ermənistan tərəfi səbəb olaraq daha təhlükəsiz məkanda məskunlaşmaq istəyini ifadə edib: "Lakin onlara izah olunub ki, ən təhlükəsiz yer məhz Atletlər Kəndidir. Onlar da bununla razılaşıblar".

A.Rəhimov bildirib ki, Avropa Parlamentinin "Xocalı Soyqırımı"nı tanımasından sonra Ermənistan tərəfindən Avropa oyunlarında iştirak edib-etməyəcəkləri barədə heç bir açıqlama gəlməyib: "Son günlər eşidirik ki, Ermənistanın hansısa federasiyası müəyyən səbəblər göstərərək "Bakı 2015"-dən imtina edir. Amma biz şayiələrlə yox, rəsmi açıqlamalarla işləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm