"İlin futbolçusu" adına 6 namizəd
Bizi izləyin

İdman

"İlin futbolçusu" adına 6 namizəd

İngiltərədə "İlin futbolçusu" adına namizədlər açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə Peşəkar Futbolçular Birliyinin açıqladığı siyahıda 6 futbolçunun adı var.

Namizədlər "Çelsi"dən Eden Hazard və Dieqo Koşta, "Arsenal"dan Aleksis Sançes, "Tottenhem"dən Harri Keyn, "Mançester Yunayted"dən David De Xea və "Liverpul"dan Filip Koutinyodur.

Bundan əlavə, Hazard, Koutinyo, De Xea və Keyn "İlin ən yaхşı gənc futbolçusu" mükafatına namizəd göstərilib. Bu nominasiyada "Çelsi"dən Tibo Kurtua və "Liverpul"dan Rahim Sterlinqin də namizədliyi qeyd edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm