Puyol “Barselona”dan gedir
Bizi izləyin

İdman

Puyol “Barselona”dan gedir

Puyol “Barselona”dan gedir

“Barselona”nın kapitanı Karles Puyolun verdiyi qərar hamını təəccübləndirib. Publika.Az xəbər verir ki, Puyol mövsümün sonunda komandanı tərk etməyi düşünür.

Buna səbəb Puyolun zədəli olması və əsas heyətdə tez-tez yer almamasıdır.

Məlumatda qeyd olunub ki, 36 yaşlı müdafiəçi belə vəziyyətdə “Barsa”da oynaya bilməyəcəyini açıqlayıb. Futbolçu uzun müddət idi dizindəki ağrılardan əziyyət çəkirdi.

Bu səbəbdən onun növbəti mövsümdən yeni klubda çıxış edəcəyi gözlənilir. Karyerasını "Barselona"ya bağlayan Puyol bundan sonra hansı komandada oynayacağını hələ açıqlamayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm