Hövsanda Azərbaycan çempionatı keçirilib
Bizi izləyin

İdman

Hövsanda Azərbaycan çempionatı keçirilib

Hövsanda Azərbaycan çempionatı keçirilib

Hövsan Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Kontakt Karate üzrə 19-cu Azərbaycan çempionatı keçirilib.

Yarışın təşkilat komitəsinin Publika.az-a verdiyi məlumata görə, Azərbaycan Kontakt Karate Federasiyasının prezidenti Ariz Ağayev yarış iştirakçılarını və qonaqları salamlayaraq çempionatı açıq elan edib. A.Ağayev çıxışında bildirib ki, son illər Azərbaycan Respublikasının prezidenti və eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi böyük qayğının nəticəsi olaraq Azərbaycada idmanının bütün növlərinə geniş maraq artıb.

Daha sonra “Gənclərin davamlı inkişaf üzrə analitik mərkəzi” İctimai Birliyinin sədri Hüseyn Hüseynov, sədr müavini Yusif Alıyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin MKSİF Dövlət Neft Fondunun layihələri üzrə mütəxəssisi Rövşən Məmmədov, dünya və Avropa çempionları - Təbriz Bəyalıyev, Həsən Quliyev, Sədi Namazov, Siyavuş Bayramov, Vüsal İsrafilov, Azərbaycan Kontakt Karate Federasiyasının direktoru Sənan Cəfərov, Sumqayıt Kapoera Klubunun nümayəndəsi Etibar İsayev çıxış edərək yarışın təşkil edilməsinin əhəmiyyəti və gərəkliyi haqqında geniş məlumat veriblər. Yarışın baş hakimi Anar Gülmalıyev olub. Yarış iştirakçıları 9 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm