Kasıbçılıq- Olimpiya mükafatçısı medalını satır- FOTOLAR
Bizi izləyin

İdman

Kasıbçılıq- Olimpiya mükafatçısı medalını satır- FOTOLAR

Kasıbçılıq- Olimpiya mükafatçısı medalını satır- FOTOLAR

Kanadalı fiqurlu konkisürmə idmançısı Anuk Leblan Bauçer 2006-cı il Turin Qış Olimpiadasında qazandığı gümüş medalı 1 milyon dollar satışa çıxarıb.

XX Qış Olimpiadasında Kanadanı təmsil edərək iki medal qazanan Anuk Leblan Bauçer yeni yarışlara hazırlaşmaq məqsədilə medalını satmağa qərar verib.

Publika.Az xəbər verir ki, "Kijiji" adlı sayta elan verən idmançı satışdan əldə edəcəyi gəlirlə Cənubi Koreyada təşkil ediləcək 2018-ci il Qış Olimpiadasına hazırlaşacağını açıqlayıb.

Qeyd edək ki, 2006-cı ildə yarışda 3 min metrdə gümüş və 500 metrdə bürünc medal qazanmışdı. Kanadalı idmançı həmin yarışda istifadə etdiyi konkisinə 7 min dollar və gümüş medalına 1 milyon dollar qiymət qoyub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm