Azərbaycan çempionatında daha bir - 400
Bizi izləyin

İdman

Azərbaycan çempionatında daha bir - 400

I divizionda mövsümün yubiley qolu vurulub. XIX turda 400-cü qol qeydə alınıb.

I divizionda mövsümün yubiley qolu vurulub. XIX turda 400-cü qol qeydə alınıb.

Belə ki, bu turun startınadək 392 qol vurulmuşdu. "Qaradağ"ın "Göyəzən"i 3:0 hesabı ilə yendiyi matçın 79-cu dəqiqəsində 2-ci topu rəqib qapısından keçirən İlham Allahverdiyev yubiley qolunun müəllifi olub. Oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, I divizionda mövsümün ilk qolu I turun sentyabrın 13-də baş tutan "Energetik" - "Lokomotiv" matçında vurulmuşdu. Qarşılaşmanın 26-cı dəqiqəsində qonaq komandadan Tural Qürbətov mövsümün ilk topunu qapı toruna qovuşdurmuşdu.

Onu da qeyd edək ki, iki gün öncə əvəzedicilərin çempionatında mövsümün 400-cü qolu vurulub. Yubiley qoluna "Xəzər Lənkəran"la matçın 55-ci dəqiqəsində "İnter"in üzvü Cəmil Hacıyev imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm