Məşhur ulduz namaza görə komandasını gözlətdi
Bizi izləyin

İdman

Məşhur ulduz namaza görə komandasını gözlətdi

Türkiyənin “Beşiktaş” futbol komandasının seneqallı legioneri Demba Ba namaz vaxtı bütün komandanı gözlədib.

Publika.az türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə “Kasımpaşa” – "Beşiktaş" matçından sonra baş verib.

Qarşılaşmanın başa çatmasından sonra “Beşiktaş” komandasının üzvləri klubun avtobusuna miniblər və Demba Ba da minərkən işa azanı oxunmağa başlayıb.

Namaza böyük həssaslıqla yanaşan Demba Ba avtobusa minmək fikrindən daşınaraq ibadətini yerinə yetirmək üçün məscidə gedib.

Komanda yoldaşları isə namazı qılıb qayıdana qədər Demba Banı gözləyib. Ulduz futbolçu namazdan qayıtdıqdan sonra komandanın avtobusu yola düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm