9 azarkeş güllələndi - Braziliyada
Bizi izləyin

İdman

9 azarkeş güllələndi - Braziliyada

Braziliyanın köklü klublarından sayılan “Korintians”ın azarkeşlərinə məxsus kluba silahlı basqın olub.

Publika.az xəbər verir ki, “Korintians”ın “Pavilan Nove” adlı fanat qrupunun cəmləşdiyi məkana basqın edən iki silahlı şəxs 9 nəfəri qətlə yetirib.

Braziliya mətbuatının iddiasına görə, fanatlar mərkəzdə komandalarının vəziyyətini müzakirə edərkən içəri iki silahlı naməlum şəxs daxil olub. Qatillər azarkeşlərə əllərini başlarının arxasına qoymağı əmr edib. Hərəsinin başına bir güllə vuran cinayətkarlar 9 nəfəri öldürdükdən sonra aradan çıxıb.

Braziliya polisi həmin ərazidə böyükmiqyaslı axtarışlara start verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm