Bakı 2015: Daha bir olimpiya çempionu gəlir
Bizi izləyin

İdman

Bakı 2015: Daha bir olimpiya çempionu gəlir

Olimpiya çempionu Marianne Vos və Niki Terpstra Bakı 2015-də Hollandiyanın şose velosiped komandasına rəhbərlik edəcəklər.

Publika.az xəbər verir ki, holland velosiped təlimçisi cənab Yohan Lammerts Bakı 2015 Avropa Oyunları zamanı şose velosipedi idmanı üzrə yarışacaq 12 velosipedçinin adını açıqlayıb.

Qadınlar komandasından olan baş ulduz London-2012-nin şose yarışının qalibi olmuş və həmçinin üç dəfə dünya və iki dəfə Avropa Şose Velosipedi Yarışının çempionu olan Vosdur. Digər beş qadın velosipedçi Çantal Blaak, Lusinda Brand, Anna van der Breqqan, Ellen van Dijk və Annemiek van Vleutendir.

Van Dijk və van Vleuten Bakı 2015-də zamana qarşı velosiped yarışında mübarizə aparacaq. 28 yaşlı van Dijk 2013-cü il zamana qarşı yarışın dünya çempionu və iki dəfə Avropa çempionudur.

Kişilərin komandası Azərbaycanda da güclü olacaq və buna komanda üzrə zamana qarşı yarışda iki dəfə dünya çempionu və 2014 Paris-Raubaix Monument yürüşünün qalibi olan Terpstra rəhbərlik edəcək. Terpstra həmçinin yaxın Flandiriya Turunda ikinci yerlə kifayətlənmişdi.

Digər kişi velosipedçiləri Mathieu van der Poel, Pim Ligthart, Vouter Vippert və Nick van der Lijke olacağı halda, Stef Clement isə zamana qarşı yarışda mübarizə aparacaq.

"Avropa Oyunları böyük bir təşəbbüsdür və Olimpiya Oyunları üçün yaxşı bir hazırlıqdır,” - deyə cənab Lammerts bildirdi və belə əlavə etdi: “Biz həm qadınlardan, həm də kişilərdən ibarət yuxarı komanda ilə Bakıya gəlirik. Nəticələr mənim üçün çox maraqlıdır”.

Cənab Jeroen Bijl, holland komandasının missiya rəhbəri, bildirdi ki, o, seçilmiş komandalardan çox məmnundur.

"Bunlar iki çox güclü komandadır və bu, idmançıların və məşqçilərin Avropa Oyunlarını daha ciddi qəbul edəcəkləri ilə bağlı təəssüratlarımızı sübut edir” - deyə cənab Bijl qeyd etdi.

Miçiel van der Heijden artıq Dağ Velosipedi idman yarışı üçün seçilib.

Hollandiyanın Milli Olimpiya Komitəsi Bakıda yarışacaq BMX velosipedçilərini yaxın günlərdə elan edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm