İdman
BAKI 2015-ə doğru: Musiqi, ritm, güc və sürət – Suda inanılmaz hərəkətlər
I Avropa Oyunlarına salınan maraqlı idman növlərindən biri də Su idman növləridir. İlk Avropa Oyunlarında su idman növlərinin 4 üslubunda idmançılar özlərini sınayacaqlar.
Üzgüçülük, sinxron üzgüçülük, su polosu, suya tullanma – bu növlər üzrə mötəbər turnirdə 1200-ə yaxın idmançı öz gücünü sınayacaq.
Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıları Su İdman Növləri ilə davam etdirir.
İlk Avropa oyunlarında su idman növlərinin təqvimi belədir.
Su polosu – 12-22 iyun.
Suya tullanma – 18-21 iyun.
Sinxron üzgüçülük – 12-16 iyun.
Üzgüçülük – 23-27 iyun.
Üzgüçülük - ən qədimi və ən maraqlısı
I Avropa Oyunlarında su idman növü axıra salınsa da, tarixinə görə ən qədimidir. Buna görə də bu yazıda ilk məlumata məhz üzgüçülük idman növü ilə başladıq. Üzgüçülüyün Yunanıstan və Roma tarixində də mühüm rolu olub. Qədim Yunanıstanda vaxtaşırı üzgüçülük yarışları keçirilib. 1882-ci ildən sonra müxtəlif Avropa ölkələrində federasiyalar yaradılmağa başlandı. 1896-da qurulan London Metropolitan Üzmə Klubu, daha sonra Həvəskar Üzmə Birliyinə çevrildi. ABŞ-da üzmənin təşkilatlı bir idmana çevrilməsi, 1888-ci ildə Həvəskar İdman Birliyinin (AAU) qurulması sayəsində reallaşdı.
1896-cı ildə müasir Olimpiya oyunlarının bərpasıyla ilk olimpiadalarda üzmə yarışlarına da yer verildi. 1900-cü ildə kürək üstü stili və daha sonra 1908-ci ildə qurbağalamayı olimpiadalara əlavə etmişlər. Kəpənək isə olimpiadalara ən son əlavə olunan üzmə üslubudur.
Üzgüçülük yarışları 1908-ci ilin London Olimpiya Oyunlarında hovuzlara keçənə qədər bir neçə müasir Olimpiya Oyunlarında açıq sularda keçirilirdi.
Əvvəllər yalnız kişilərin qatıldığı yarışlarda 1912-ci ildən qadın üzgüçülər də iştirak etməyə başladı.
Üzgüçülüyə olan maraq beynəlxalq bir qurumun yaranmasına səbəb oldu. Beləliklə, 1909-cu ildə Londonda Beynəlxalq Həvəskar Üzmə Federasiyası FINA (Federation İnternationale de Natation Amateur) quruldu.
İlk Avropa Oyunlarında su idman növləri arasında üzgüçülük proqramın ən maraqlısı və sevilən idman növlərindəndir. Mütəxəssislərin də fikirincə, yeni Bakı Su İdmanı Mərkəzindəki atmosfer istər yarışlarda iştirak edən idmançıları, istərsə də çılğın tamaşaçıları həyəcanlandıracaq.
Bakı 2015 Avropa Oyunlarında oynanılacaq 42 medaldan əlavə, bu yarışlar Rio 2016 Olimpiya Oyunlarının kvalifikasiya standartlarına cavab vermək baxımından üzgüçülər üçün əhəmiyyətli olacaq. Üzgüçülükdə qızıl medalla axırıncı yer arasındakı fərq cəmi bir göz qırpımı ola bilər.
I Avropa Oyunlarında yarışlar 50 metrlik hovuzda keçiriləcək. İdmançılar medal uğrunda – sərbəst, arxası üstə, qurbağa və kəpənək üslubunda olmaqla dörd əsas növ üzrə üç müstəqil estafetdə yarışacaqlar. Beş gün davam edəcək yarışlar iyunun 23-27-də keçiriləcək. 526 gənc idmançı İlk Avropa Oyunlarında medal qazanmaq üçün yarışmaq imkanı qazanacaq.
Musiqi duyumunun önəm kəsb etdiyi növ - Sinxron Üzgüçülük
Sinxron Üzgüçülük də elə ən qədim növlərdəndir. Həm də su baleti adlandırılır. 1800-cü illərin sonlarında ortaya çıxıb. Amma uzun illər sirklərdə nümayiş etdirilib. 1952-ci ildə FİNA tərəfindən tanınaraq, Helsinki Olimpiadasında "nümayiş idmanı" olaraq proqrama salınıb.
Sinxron Üzgüçülükdə əsas məqsəd yaraşıqlı görünərək, suyun üzündə qalmaq, musiqinin ritmi ilə ayaqlaşmağı bacarmaqdır. Təbii ki, güclərini, atletizmi və bacarıqlarını nümayiş etdirmək üçün idmançılardan xüsusi musiqi hissiyyatı və istedad tələb olunur.
Sinxron üzgüçülük yarışları iyunun 12-dən başlayaraq dörd medal dəsti uğrunda yeni istifadəyə verilmiş Bakı Su İdmanı Mərkəzində keçiriləcək. Bakıda 5 gün davam edəcək yarışlarda öz istedadlarını nümayiş etdirmək və qızıl medallar uğrunda mübarizə aparmaq üçün 150 gənc idmançı çıxış edəcək. Medallar uğrunda yarışlar fərdi, duet, komanda və sərbəst kombinasiya növləri üzrə keçiriləcək.
Suya tullananlar - 8 medal dəsti
19-cu əsrə qədər tullanma deyildikdə ilk olaraq pəncələri üstə qalxıb düz atlayışlar ağıla gələrdi. Saltolar, fırlanmalar kimi akrobatik hərəkətlər, ya da tərsinə tullanmalar yox idi. Daha sonra rəngarənglik artdı, müxtəlif tullanma növləri ortaya çıxdı. 1900-cü illərdən etibarən tullanma gimnastika ilə üzmənin birləşdiyi bir idman növü halına gəldi. İlk dəfə 1904-cü ildə Sent Luis Olimpiya Oyunları proqramına salındı. O dövrdə medallar uğrunda yarışlar 10 metr hündürlükdəki dayaqdan tullanmaqla keçirilirdi. Sinxron tullanma isə Olimpiya Oyunlarında ilk dəfə 2000-ci il Sidneydə təqdim edildi. I Avropa Oyunlarında suya tullanma üzrə 160 idmançı iyunun 18-21-də 8 medal dəsti uğrunda yarışacaq.
Fiziki cəhətdən çətin və sürətli...
Su polosu - topla hovuzu birləşdirən maraqlı idman növlərindən sayılır. Su polosu vaterpol adı ilə də tanınır. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir.
Müxtəlif taktikalar, bacarıq və ildırım sürətli reaksiyalar su polosunu ən maraqlı və baxımlı komanda idman növlərindən biri edir. Fiziki cəhətdən bu çətin idman növü üzrə iyunun 12-dən başlayaraq 10 ardıcıl yarış günü ərzində 364 idmançı 2 medal dəsti uğrunda yeni üstü açıq Vaterpol Arenasında yarışacaq.
Ümumi rəyə görə, hazırda bu idman növündə Avropa komandaları xüsusilə güclüdürlər. Ənənəvi Olimpiya proqramında bu yarışlarda geniş heyətdə 16 kişi və 12 qadın komandası iştirak edəcək. 17 yaşına qədər idmançılardan ibarət komandalar ilkin mərhələdə qruplara bölünərək yarışacaqlar, sonra isə olimpiya sistemi və klassifikasiya dövrələrinə keçəcəklər.
Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş, Kamandan oxatma
-
Avropa11:40
Bu ölkə müharibəyə hazırlaşır: Bomba sığınacaqları artırılır
-
Sosial10:44
Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir - Kimlər faydalanacaq?
-
İdman09:44
Berdıyev "Turan Tovuz"u tərk etdi: Rəhbərliklə arasında nə baş verib?
-
Nida Xəbər 09:07
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...
-
İdman06:46
Babasının kəlləsini stadiona gətirdi - VİDEO
-
MDB06:16
Alkoqolun məhv etdiyi ƏN GÖZƏL 5 RUS QADINI - FOTO
-
Magazin205:15
Əfsanə geri dönür - FOTO
-
İdman01:41
Ronaldo ödənilməmiş hesaba görə MƏHKƏMƏLİK OLDU