Avropa Oyunlarına dəstək koalisiyası bəyanat yaydı
Bizi izləyin

İdman

Avropa Oyunlarına dəstək koalisiyası bəyanat yaydı

Azərbaycanda "Bakı-2015" Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb.

Publika.az xəbər verir ki, koalisiyanın bu gün keçirdiyi mətbuat konfransında qurumun bəyanatı açıqlanıb.

Bəyanatda bildirilir:

“Avropa Olimpiya Komitəsinin qərarı ilə I Avropa Oyunları ölkəmizin və ümumilikdə qitənin mədəni həyatında önəmli hadisədir.

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü qərəzli kampaniya təşkil etməklə həm də Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışır. Göstərilənləri nəzərə alaraq Avropa Oyunlarının ölkəmiz və bütövlükdə Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, biz - ""Bakı-2015" Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyasında birləşməyimizi bəyan edirik. Koalisiyanın əsas məqsədi yarışların yüksək səviyyədə keçirilməsi və ictimai dəstəklə təmin olunmasıdır.

"Bakı-2015" Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycan milli problemləri, o cümlədən erməni təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı Soyqırımı barədə faktların dünya içtimaiyyətinə çatdırılması yönündə də zəruri addımlar atacaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm