Qurbanov: “Çox yorğun idik”
Bizi izləyin

İdman

Qurbanov: “Çox yorğun idik”

“Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji və fiziki yorğunluq var idi”.

Publika.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında "Simurq"la qarşılaşmadan sonra verdiyi açıqlamada deyib.

“Oyunçularımı və azarkeşləri təbrik etmək istəyirəm. Futbolçluarım xarakter göstərdilər. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə "sağ ol” deməliyəm. Qismət belədir. Biz yolumuza davam edirik. "Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, "Neftçi” ilə çempionat matçında da belə olsun. Çünki yorğunluq var”, - Qurbanov əlavə edib.

Xatırladaq ki, "Qarabağ" "Simurq"la ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib. İndiki qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm