"Real" və "Yuventus" yarımfinalda
Bizi izləyin

İdman

"Real" və "Yuventus" yarımfinalda

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

Öz meydanında “Monako”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşüb. İlk oyunda minimal hesablı qələbə qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirmək olardı. Lakin lazım olan qolu vura bilməyən "Monako" turnirdə mübarizəni dayandırıb.

Digər cütün taleyinə Madrid derbisində aydınlıq gəlib. Burada “Real” “Atletiko”nu qəbul edib. Komandaların ilk görüşündə qapılara qol vurulmayıb. Ötən mövsümün finalında son dəqiqələrdə buraxdığı qollla çempionluğunu əldən verən "Atletiko" bu dəfə də rəqibi ilə bacarmayıb. Oyuna ciddi itkilərlə çıxan "kral klubu" rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)

22 aprel
23.45 Real (İspaniya) - Atletiko (İspaniya) 1:0
Qol: Xavyer Hernandes, 88.

"Santiaqo Bernabeu" stadionu.

23.45 Monako (Fransa) - Yuventus (İtaliya) 0:0

Monako. "Stade Louis II".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm