Prosineçki açıqladı - Azərbaycan millisi Serbiyayla qarşılaşacaq
Bizi izləyin

İdman

Prosineçki açıqladı - Azərbaycan millisi Serbiyayla qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandasının Serbiya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib.

Publika.az xəbər verir ki, bu barədə Report-a millinin baş məşqçisi Robert Prosineçki məlumat verib. Onun sözlərinə görə, görüş iyunun 7-də yığmanın Avstriya toplanışı çərçivəsində baş tutacaq.

R.Prosineçki məhz Serbiyanın rəqib seçilməsinin səbəbini də açıqlayıb:

"İyunun 12-də Norveç millisi ilə AÇ-2016-nın seçmə qrup matçında üz-üzə gələcəyik. Rəqib güclü komandadır. Bilirəm ki, bizi çətin oyun gözləyir. İstəyim o idi ki, Norveçlə oyundan öncə güclü rəqibə qarşı yoldaşlıq görüşü keçirək. Artıq Serbiya ilə oynayacağımız dəqiqləşib. Komandamın güclü rəqiblərə qarşı oynamasını istəyirəm. Çünki belə oyunlarda çox şey görmək olur".

Qeyd edək ki, yoldaşlıq görüşünün stadionu və saatı hələlik açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm