Avroliqada italyan finalı olacaq?
Bizi izləyin

İdman

Avroliqada italyan finalı olacaq?

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatması keçirilib.

Publika.az xəbər verir ki, püşkatmada İtaliyanın "Fiorentina" və "Napoli", İspaniyanın "Sevilya" və Ukraynanın "Dnepr" klubları iştirak edib.

Kor püşk İtaliya klublarını üz-üzə gətirməyib. Avroliqada "Qarabağ"la bir qrupda mübarizə aparmış "Dnepr" "Napoli"ylə, "Sevilya" isə "Fiorentina"yla üz-üzə gələcək.

Avropa Liqası, 1/2 final

Napoli - Dnepr

Sevilya - Fiorentina

Avropa Liqasında yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm