Püşk atıldı: “Barselona” və “Bavariya” üz-üzə
Bizi izləyin

İdman

Püşk atıldı: “Barselona” və “Bavariya” üz-üzə

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatması keçirilib.

Publika.az xəbər verir ki, püşkatmada "Real, "Bavariya", "Barselona" və "Yuventus" iştirak edib.

Püşkatmanın nəticələrinə əsasən finala çıxmaq uğrunda "Barselona" "Bavariya" ilə, "Real" isə "Yuventus"la mübarizə aparacaq.

Çempionlar Liqası, 1/2 final

Barselona (İspaniya) - Bavariya (Almaniya)

Real (İspaniya) - Yuventus (İtaliya)

Yarımfinal mərhələsinin oyunları mayın 5-6-sı və 12-13-də keçiriləcək. Final oyunu isə iyunun 6-da Berlindəki "Olimpiya" stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm