“O, ömürlük cəzalandırılmalı idi”
Bizi izləyin

İdman

“O, ömürlük cəzalandırılmalı idi”

Yüngül atlet Useyn Bolt birillik cəzadan sonra idmana qayıdan Tayson Qey haqqında danışıb.

Publika.az xəbər verir ki, rekordçu Bolt Qeyin dopinqdən istifadə etdiyinə görə idmandan ömürlük kənarlaşdırılmalı olduğunu deyib:

"Üzr istəyirəm. Dopinqdən istifadə edirsən və cəmi 1 illik cəzalandırılırsan. Məncə, o, ömürlük idmandan uzaqlaşdırılmalı idi. Onun belə az cəzalandırılması digər idmançılarda da dopinqə meyllilik yarada bilər. Deyə bilmərəm ki, onunla yarışı səbirsizliklə gözləyirəm. Ona uduzmaqdan qorxurammı? Əlbəttə, xeyr. Fakt ondan ibarətdir ki, o, bu günə qədər dopinqdən istifadə edib".

Qey dopinqdən istifadə etdiyi üçün 2012-ci ildə Londonda keçirilmiş olimpiya oyunlarındakı medalından məhrum edilmişdi.

Tayson Qey yayda Pekində baş tutacaq dünya çempionatında Useyn Boltun əsas rəqiblərindən sayılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm