
Dortmund “Borussiya”sının futbolçusu İlkay Gündoğan “Mançester Yunayted”ə keçməyə hazırlaşır.
Almaniya millisinin xavbeki İngiltərə təmsilçisi ilə bu həftə sonu müqavilə imzalayacaq. Məlumatı “Sky Sport News “ yayıb.
Publika.az xəbər verir ki, “Mançester Yunayted” transferə görə 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, bu mövsüm gənc futbolçu bundesliqada 19 oyunda 3 qol vurub.