İdman
“Baku Fires” “Argentina Condors”ı məğlub edib
Aprelin 25-də Quba Olimpiya İdman Kompleksində “Baku
Fires” komandası ilə “Argentina Condors” klubu arasında keçirilən
qarşılaşmada boksçularımız 5:0 hesabı ilə inamlı qələbə
qazanıblar.
Dünya Boks Seriyası (WSB) liqasının 14-cü turu çərçivəsində
keçirilən görüşün ilk döyüşündə Murad Rabadanov (52 kq, “Baku
Fires”) Rikardo İbarranı (“Argentina Condors”) məğlub edib. Növbəti
qarşılaşmada Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyezdən üstün
olub. Təmsilçimiz Mixail Dauqalivets (81 kq) isə Xuan Rizo Patrona
nokautla qalib gəlib. Sonuncu döyüşdə Hacı Murtuzəliyev (91 kq-dan
yuxarı) Fakundo Qiqlionu məğlubiyyətə uğradıb.
Digər idmançımız Pərviz Bağırovla (69 kq) döyüşməli olan Luis
Alberto Veron ölkəmizə gələ bilmədiyindən boksçumuza texniki qələbə
verilib.
Beləliklə, qrup mərhələsindəki son görüşdə rəqibinə böyük hesabla
qalib gələn “Baku Fires” növbəti raunda yüksəlib.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır