Kempbellin irqçilik harayı: “Qaradərililərin qarşısına şüşədən hasar çəkilib”.
Bizi izləyin

İdman

Kempbellin irqçilik harayı: “Qaradərililərin qarşısına şüşədən hasar çəkilib”.

Kempbellin irqçilik harayı: “Qaradərililərin qarşısına şüşədən hasar çəkilib”.

İngiltərə millisinin sabiq üzvü Sol Kempbell ciddi ittihamla çıxış edib.

Publika.az xəbər verir ki, 2011-ci ildə karyerasını bitirən mərkəz müdafiəçisi yığmada dəri rənginin önəmli olduğunu bildirib. “Sunday Times” qəzeti “Tottenhem” və “Arsenal”ın sabiq üzvünün ibarət kitabından hissələr dərc etməyə başlayıb.

İlk hissədə Kempbellin maraqlı fikirləri yer alıb. 1996-2007-ci illərdə 73 dəfə İngiltərə millisinin formasını geyinib, 3 qol vuran mərkəz müdafiəçisi kitabında bunları yazıb: "Əgər ağdərili olsaydım, 10 ildən artıq milli komandanın kapitanı olardım. Hər şey bu qədər bəsitdi. Federasiyanın ağdərili olmağımı dilədiyini düşünürəm. Çünki kapitanlıq üçün yetərli performansa və xarakterə sahib idim”.

Kempbell bu vəziyyətin dəyişəcəyinə inanmır: “Bu anlayışın dəyişəcəyini düşünmürəm. Çünki nə federasiya, nə də azarkeşlər dəyişiklik istəmir. 18-21 yaşlı yığmalarda qaradərili kapitanlar olsa da, A millidə belə deyil. Kimsə etiraf etmək istəməsə də, qaradərili futbolçularla milli komanda kapitanlığı arasında şüşədən hasar çəkilib”.

Kempbell milli komanda formasını birlikdə geyindiyi Maykl Ouenin kapitanlığa layiq olmadığını bildirib: “Ouen möhtəşəm oyunçu idi, amma kapitanlıqla yaxından-uzaqdan əlaqəsi yox idi.

Bu utancverici haldı. Bu sualı vermədən dayana bilmirəm: mən nə etmişəm? Kapitan olmamağımın səbəbini dəfələrlə özümdən soruşmuşam. Hər dəfə eyni cavaab ortaya çıxıb: dərimin rəngi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm