Sofiyada Azərbaycan finalı - 1 qızıl, 2 gümüş, 1 bürünc
Bizi izləyin

İdman

Sofiyada Azərbaycan finalı - 1 qızıl, 2 gümüş, 1 bürünc

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edib.

Publika.az xəbər verir ki, 55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz, Tunis və Almaniya güləşçilərini üstələyən gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb. Nataliya Sinişin qızıl, Alyona Kolesnik isə gümüş medala yiyələnib.

69 kq-da təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıb. Görüşdə qalib gələn Nadya Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisi ilə görüşü uduzan Nadya Muşka gümüş medalla kifayətlənib. Elis Manolova isə, bürünc medal uğrunda Bolqarıstan güləşçisini üstələyib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Beləliklə, qadın güləşçilərimiz Avropa Oyunları öncəsi Bolqarıstanda qatıldıqları növbəti sınaq yarışını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm