Fransadan çempionluq xəbəri gəldi
Bizi izləyin

İdman

Fransadan çempionluq xəbəri gəldi

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Fransada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Le Tour de Bretagne" veloyürüşündə mübarizə aparır. 7 mərhələli yarışın dünən keçirilən 172 km-lik 2-ci mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsi ilə yadda qalıb.

Publika.az xəbər verir ki, məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finişə birinci çatıb. Digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” – deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb.

Qeyd edək ki, “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış etməyə başlayan Sloveniya çempionu Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.

Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm