Gülümsəyin - Futbolun lətifə payı
Bizi izləyin

İdman

Gülümsəyin - Futbolun lətifə payı

Gülümsəyin-Futbolun lətifə payı

Xalq yaradıcılığının sərhədi yoxdu. Harda bir əmma gördülər, lətifə payı ərməğan edəcəklər. Futbol təsərrüfatı da xalq yaradıcılığından canını qurtara bilməyib. Publika.az Azərbaycan futbolu ilə bağlı olan lətifələri təqdim edir. Oxuyun, simanıza təbəssüm qonsun. Amma futbolu da sevin ha...

Portuqaliya-Azərbaycan oyununun 3-cü dəqiqəsi gedir. Topu qəbul edən Ronaldo dayanır və komanda yoldaşlarına deyir:

  • Biz bütün komanda ilə bunlara qarşı niyə oynayırıq? Siz gedin kafeyə, mən tək bacararam.

Futbolçular Ronaldonu meydanda tək qoyaraq kafeye gedirlər. Bir azdan qayıdırlar, görürlər ki, hesab 1:1-di. Təəccüblə soruşurlar:

  • Necə oldu ki, bunlara qalib gələ bilmədin?

Ronaldo cavab verir:

-Mən qalib gələrdim, amma oyunun 10-cu dəqiqəsində hakim mənə qırmızı vərəqə göstərdi.

****

Azərbaycan İtaliya ilə qarşılaşır. “İdman Azərbaycan”ın şərhçisi danışır:

Budur, meydana Azərbaycan millisi çıxır. Rəşad Sadıqov topu Şükürova ötürür. O, cərimə meydançasına asma edir, Rauf Əliyev vurur-Qol!!!

Araz Abdullayev irəli şığıyır, bir nəfəri keçir, ikincini də keçir, vurur-Qol!!! Komandamız necə də gözəl oyun nümayiş etdirir.

Və indi də meydana İtaliya millisi daxil olur.

*****

Anar Salmanov oyunu saxlayıb “Neftçi”nin qapısına doğru cərimə zərbəsi təyin edir. Mahir Şükürov ona yaxınlaşıb deyir:

-Neynirsən alə, korsan?

Salmanov baxır ki, Şükürovun sarı vərəqəsi var, ona görə də özünü eşitməməzliyə vuraraq deyir:

-Mənə elə gəldi ki, kimsə nəsə dedi axı...

Mahir Şükürov:

  • Sən həm də kar imişsən ki...

****

“İdman Azərbaycan”ın şərhçisi: “Bizim komandmız olduqca gözəl, qeyri-adi qol vurdu. Rəqib isə 3 dəfə təsadüf nəticəsində fərqləndi”.

*****

Baş məşqçinin həyat yoldaşını doğum evinə yerləşdirirlər. Vacib oyun olduğu üşün məşqçi xəstəxanaya gedə bilmir, adı iştirak ərizəsinə düşə bilməyən futbolçunu ora göndərir ki, xəbər gətirsin.

Futbolçu qayıdır və təəssüratlarını məşqçi ilə bölüşür:

  • O, eynən sizə oxşayır, elə bil bir almadı iki yerə bölüblər. Sizin kimi balacadı, gombuldu, heç nədən başı çıxmır, ancaq hey qışqırır.

****

Şüar: “Azərbaycan milli komandasının futbolçularına bizə bəxş etdikləri yüksək əhval-ruhiyyəyə görə sonsuz təşəkkürümüzü bildiririk”.(azərbaycanlı mazoxistlər)

*****

Ağasəlim Mircavadov Fransa ilə oyundan öncə paltardəyişmə otağına girir və deyir:

- Uşaqlar, bu gün mənim ad günümdü. Bu qarşılaşmada qalib gəlin və mənə hədiyyə edin.

Yunis Hüseynov özünü saxlaya bilməyərək deyir:

  • Gecdi, Ağasəlim müəllim. Biz sizə ad gününüzə görə qalstuk almışıq.

“İdman Azərbaycan”ın şərhçisinin reportajından seçmələr:

“Bizə qol lazımdı! Bizə qol lazımdı! Bizə qol... Bax, lazım olan qolu bizim qapımıza vurdular”.

“Milli komandamız növbəti dəfə azarkeşləri sevindirdi. Bu dəfə sevinən azarkeşlər qırğızıstanlılar idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm