Xaqani Məmmədov etiraf etdi: “Almeyda meydandan qovulmalı idi”
Bizi izləyin

İdman

Xaqani Məmmədov etiraf etdi: “Almeyda meydandan qovulmalı idi”

Xaqani Məmmədov etiraf etdi: “Almeyda meydandan qovulmalı idi”

““Neftçi” rəsmiləri o epizodları üzə çıxartmamışdan əvvəl biz o epizodları aşkarlamışdıq. Mən deməmişəm ki, hakim Vüsal Əliyevin verdiyi bütün qərarlar səhvdir. Bəli, həmin oyunda hər iki tərəfin lehinə hakim səhvləri kifayət qədər idi. Vüsal Əliyevin səhvləri var, bununla bağlı tədbir görüləcək. Hakimlə bağlı çıxarılacaq cəzanı ictimaiyyətə açıqlamaq məcburiyyətində deyilik”.

Publika.az xəbər verir ki, bu sözləri Sportal.az-a açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Məmmədov “Neftçi” – “Qarabağ” matçında baş verən hakim səhvlərinə belə münasibət bildirib:

“Konkret epizodlara münasibət bildirmək istəmirəm. Ancaq Riçard Almeydanın Nfora qarşı etdiyi kobudluq bağışlanmazdı. Riçard Almeyda meydandan qovulmalı idi. Yenə təkrar edirəm, bütün epizodları analiz etmək istəmirəm, artıq bu epizodlar əlimizdə var və təhlil olunub tədbir görüləcək.

Vüsal Əlievin oyunun nəticəsinə təsir etdiyini demək olmaz. Qırmızı vərəqənın verilib-verilməməyi oyunun nəticəsinə təsir etmir. O vaxt təsir edir ki, hakim düzgün qolu saymır və ya oyundan kənar vəziyyətdən vurulmuş qolu qeydə alır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm