“Barselona”nın bir ayağı finalda – VİDEO
Bizi izləyin

İdman

“Barselona”nın bir ayağı finalda – VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, “Barselona” “Nou Kamp”da “Bavariya”nı qəbul edib.

Qarşılaşma “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edirdi. Belə ki, ispaniyalı mütəxəssis ilk dəfə dogma meydana rəqib kimi qayıtmışdı.

Vaxtilə futbolçu kimi eyni klubda çıxış etdiyi Luis Enrikenin komandası ilə mübarizə Qvardiola üçün uğurlu olmadı.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, 45 dəqiqə boyunca səssizlik pozulmadı. İkinci hissəyə meydan sahibləri daha fəal başladılar. Bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, bəzi hallarda "Bavariya"nın qapıçısı Noyer, bəzən isə qeyri-dəqiqlik buna mane oldu. 76-cı dəqiqədə isə hətta Noyer də Messinin qarşısını ala bilmədi - 1:0. Qonaqlar özünə gəlməmiş Messi dubl etdi - 2:0.

Oyuna əlavə olunmuş dəqiqələrdə isə Neymarın vurduğu qol qələbəni rəsmiləşdirdi.

Beləliklə, "Barselona" öz meydanında böyük hesabla qələbə qazanaraq cavab qarşılaşmasını formallığa çevirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm