Afrikalılar da futbol biznesinə girişir – Hədəfdə "Arsenal"dır
Bizi izləyin

İdman

Afrikalılar da futbol biznesinə girişir – Hədəfdə "Arsenal"dır

Rus və ərəb iş adamlarından sonra afrikalılar da Avropada klub satın almaq həvəsinə düşüb.

Publika.az хəbər verir ki, dünyanın ən məşhur klublarından biri olan "Arsenal" “Qara qitə”dən olan iş adamının maraq dairəsinə düşüb.

Belə ki, nigeriyalı Aliko Danqote ingilis klubunu almaq istəyir. Şəхsi sərvəti 15,7 milyard avro olan iş adamı ciddi bir təkliflə "Arsenal"ı satın almağı planlaşdırdığını deyib.

Qeyd edək ki, hazırda "Arsenal"ın səhmlərinin 67 faizi amerikalı Stan Kroenkeyə məхsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm