İdman
Ronaldo Nepal üçün pul yığdı
Kriştiano Ronaldo bəzi insanların düşündüyü kimi eqoist olmadığını bir daha dünyaya göstərdi.
Publika.az xəbər verir ki, ötən həftə “Real”ın portuqaliyalı futbolçusu sosial media hesabı vasitəsilə pərəstişkarlarından Nepal üçün ianə toplamağı xahiş etmişdi.
Portuqaliya qəzetlərindən əldə edilən məlumatlara görə, “Real”ın ulduzu Nepalda zəlzələdən əziyyət çəkmiş insanlara yardım məqsədiylə 7 milyon avro bağışlayıb.
Aprelin 25-də baş verən 7,8 bal gücündə zəlzələdə 15000-dən çox insan ölüb, 14000 yaralı insan ölkənin paytaxtı Katmanduda küçələrdə qalıb. Zəlzələnin intensivliyi o qədər çox olub ki, onun təsiri Hindistan və Çində də hiss edilib, 100 nəfər ölüb.
Həmçinin, hər gün insan itkisinin artdığı hadisədən 3 gün sonra Kriştiano evsiz və tibbi yardıma möhtac olan şəxslər üçün twitter vasitəsilə azarkeşlərindən kömək istəmişdi.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu