İdman
"Tour d`Azerbaidjan": 3-cü mərhələ də bitdi
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d` Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə üçüncü mərhələyə yekun vurulub.
Publika.az xəbər verir ki, yürüşün startı Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından verilib. Velosipedçilər Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə ümumilikdə 177,2 km məsafə qət ediblər.
Əvvəlcə ilkin aralıq sprint yarışmasının qalibi müəyyənləşib. Bu, İsrailin "Cycling Academy Tour" klubunun üzvü Daniel Turekdir.
Finiş Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısında olub. İrlandiyanın "An Post - Chain Reaction" klubunun üzvü Coşua Tomas Edmondson qalib gəlib. O, məsafəni 4 saat 7 dəqiqə 28 saniyəyə qət edib. İkinci yeri Sloveniya klubundan Marko Kump, üçüncü yeri isə Azərbaycanın "Synergy Baku" komandasının üzvü Matey Mügerli tutub. Onlar liderdən 1 saniyə geri qalıblar. "Synergy Baku"nun daha bir üzvü Aleksandr Surutkoviç dağ kralı olduğu üçün qırmızı, Primoş Roqliç yarışın ilk 3 mərhələsinin lideri olduğu üçün göy köynəyə sahib olub.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO