“Qəbələ”də çalışan məşhur ingilisin qeyri-adi cəza üsulu – FOTO/VİDEO
Bizi izləyin

İdman

“Qəbələ”də çalışan məşhur ingilisin qeyri-adi cəza üsulu – FOTO/VİDEO

Futbol dünyasının ulduzları fantastik miqdarda pul qazanırlar. Təbii ki, çoxlu pul futbolçuların maraq dairəsini də genişləndirir. Dəbdəbəli mənzil, bahalı maşınlar və daha nələr, nələr...

Futbol dünyasının bir sıra ulduzları həm də qeyri-adi, ekzotik avtomobillərə də maraq göstərirlər. Hətta bir sıra futbolçular çoxları üçün antikvar sayılan avtomobillərlə məşqə də gəlir.

Publika.az bu dəfə futbol ulduzlarının qeyri-adi avtomobilləri barədə məlumat verəcək.

1. Kamerunlu müdafiəçi Benua Assu-Ekottonun bahalı maşınlara xüsusi marağı var. Nə vaxtsa o, “Bentli”yə görə 150 min funt sterlinq ödəmişdi. Ancaq onu cəmisi 85 min funta sata bilmişdi. Bir neçə ildən sonra onun kolleksiyasında “Ford Mustanq GT500s”dən 6 dənə var idi. Onların hər biri 150 min funt sterlinq dəyərindədir. Assu-Ekotto hesab edir ki, bu avtomobillər ucuzlaşmayacaq, gələcəkdə daha da bahalaşacaq. Bu avtomobillərdən birini, 1967-ci il istehsalı olanını o, MBA-nın basketbolçusundan alıb. Bu yaxınlarda kamerunlu məşqə “Smart”la gəlib. O, hesab edir ki, bu avtomobili idarə və “park etmək” çox asandır. Üstəlik, həftəyə cəmisi 20 funtluq benzin sərf edir. Bu avtomobilin qiyməti 15 min funtdur.

2. “Everton”un bazasındakı “parkovka”da Kevin Miralyasa məxsus qızıl “Bentli”ni görmək olar. Amma orda ən sakit maşın Stiven Neysmitə məxsusdur. Stiven Liverpul klubunun bazasına “Mini Classic”lə gəlir. Avtomobilin dəyəri 30 min funtdur. Bir vaxtlar bu avtomobilin sükanı arxasında Didye Droqba da oturub.

3. “Milan”ın futbolçusu Salli Muntari də maşın həvəskarıdır. Onun qarajında “Bentli”, “Mustanq” var. Bu yaxınlarda onun qarajında altıtəkərli “Mercedes Brabus G63 AMG 6х6” da görünüb. 3200 kiloqramlıq bu qeyri-adi avtomobil saatda 160 km sürətlə gedə bilir. Bu avtomobilin dəyəri 1 milyon dollardır.

4. Yayda “Real”ın futbolçusu Alvaro Arbeloa məşqə “Morgan Motor” istehsalı olan “Morgan 3 Wheeler” tritsikili ilə gəldi. Bu modelin ilk versiyası 1909-cu ildə istehsal olunub. Onun qiyməti 40 min dollardır.

5. Cibril Sissenin qarajında olan “Plymouth Prowler” 90-cı illərin sonu 2000-ci illərin əvvəlində cəmisi 11702 ədəd istehsal olunub. Onlardan biri də 2011-ci ildə ABŞ-dan Sisseyə göndərilib. Sisse amerikan maşınlarına bu avtomobili almamışdan bir neçə il qabaq maraq göstərməyə başlamışdı. Həmin vaxt onun qarajında “Chrysler 300C” və “Dodge Ram Van” peyda oldu.

6. Hazırda “Qəbələ”də futbol direktoru kimi fəaliyyət göstərən əfsanəvi ingilis Toni Adams “Portsmut”da baş məşqçi işləyərkən bu avtomobildən yararlanırmış. Yox, o, klubun bazasına bu avtomobildə gəlmirdi. Adams “Reliant Robin”dən cəza metodu kimi yararlanırdı. Məşqdə hamıdan pis təsir bağışlayan futbolçu bu avtomobilin sükanı arxasında əyləşməyə məhkum edilirdi. Deyilənlərə görə, bu cəzaya daha çox Devid Ceyms məruz qalırmış.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm