Avropa çempionu Azərbaycanı təmsil edəcək
Bizi izləyin

İdman

Avropa çempionu Azərbaycanı təmsil edəcək

Avropa çempionu Azərbaycanı təmsil edəcək

Gimnastika üzrə Avropa çempionu Oleq Stepko bundan sonra Azərbaycanı təmsil edəcək.

Publika.Az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası rəsmi xəbər yayıb. Fevralın 27-28-də İsveçrənin Lozanna şəhərində qurum toplantısı keçirilib.

Orada bir idmançının başqa milli federasiyaya keçməsi haqda əsasnamə təsdiqlənib.

Məsələ ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının fikirlərini öyrəndik. Federasiyanın mətbuat xidmətindən Publika.Az-a bildirdilər ki, xəbər doğrudur. İdmançı artıq 1 aydır vətəndaşlığı qəbul edib:

“Avropa çempionu Oleq Stepko artıq 1 aydır ki, Azərbaycan vətəndaşlığının qəbul edib. Yığma komandamızı tərkibində yarışlara hazırlaşır. Oleq Stepkoya federasiya tərəfindən böyük ümüdlər var”.

Qeyd edək ki, ümumilikdə 19 idmançı vətəndaşlığını dəyişib.

Xatırladaq ki, 19 yaşlı Oleq Stepko Ukraynanın ən perspektivli idmançısı sayılırdı. O, 2013-cü ildə Avropa çempionu olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm