Çingiz Abdullayev üç futbolçunu transfer etdi
Bizi izləyin

İdman

Çingiz Abdullayev üç futbolçunu transfer etdi

“İnter”-“Neftçi” (4-0) oyunundan sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayev təcili toplantı keçirib.

Publika.az-ın klub saytına istinadən məlumatına görə, toplantıda şura üzvləri Cəbrayıl Cəbrayılov, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov, eləcə də icraçı direktor Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev, komandanın baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımov da iştirak edib.

Ümumi müzakirələrdən sonra son turlarda komandanın sərgilədiyi oyunlar nəzərə alınaraq, futbolçular - Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib. Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb-uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm