İdman
Məşhur boksçu metro tunelində ölümcül vəziyyətdə tapıldı
Rusiyalı boksçu Denis Boytsov başından ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, boksçunu ağır vəziyyətdə Berlin metrosunun tunelindən tapıblar. 29 yaşlı idmançı beynindən ciddi zədə aldığına görə həkimlər onu süni komaya salmaq məcburiyyətində qalıblar.
Boksçunun belə duruma necə düşməsi ilə bağlı konkret versiya yoxdur. Ancaq ilkin ehtimallara görə, Denis sərxoş vəziyyətdə olub. Almaniyanın Hamburq şəhərində yaşayan boksçunun promouteri Kalle Zauerland hadisəni belə şərh edib:
"Bədbəxt hadisənin necə baş verdiyini bilmirik. Buna görə də, heç bir şərh verməyəcəm. Biz indi Denis üçün dua etməliyik. Ümid edirəm ki, o sağalacaq".
Boytsov peşəkar rinqdə 37 görüş keçirib, 36 qələbə (27-ci nokautla) qazanıb.
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO